Pul bazası aşağı templə artır - Detallar

14:08 - 20.09.2021


20 sentyabr, Fineko/abc.az. Azərbaycanda monetar şərait antiinflyasiya xarakteri daşımaqdadır.

ABC.AZ-ın məlumatına görə, bu Mərkəzi Bankın açıqlamasında öz əksini tapıb.

Ölkənin əsas bankının açıqlamasında qeyd olunub ki, dövlət qiymətli kağızlarının gəlirliyi və banklararası bazarda faiz dərəcələri azalmaqdadır və proses davam edir.

Lakin o da qeyd edilir ki, kredit və depozitlər üzrə nominal faizlərdə əhəmiyyətli dəyişiklik müşahidə edilmir. İnflyasiyanın yüksəlməsi şəraitində nominal faizlərin dəyişməz qalması real faizlərin azalmasını şərtləndirir.

Dövlət büdcəsinin profisitli icrası və vahid xəzinə hesabının dinamikası pul bazasının aşağı templi artımını şərtləndirib. Pul bazası 8 ayda 4.5% artıb.

 

Bütün xəbərlər