"TikTok"un Çin versiyası uşaqlar üçün girişi məhdudlaşdırdı

16:04 - 20.09.2021


20 sentyabr, Fineko/abc.az. "TikTok" sosial şəbəkəsinin Çin versiyası olan Douyin uşaqlar üçün bu proqramdan istifadə müddətini məhdudlaşdırıb.

ABC.AZ xəbər verir ki, məhdudlaşdırma nəticəsində 14 yaşdan aşağı uşaqların proqramda gündə 40 dəqiqədən artıq vaxt keçirməsinə imkan verilmiyəcək.

Həmçinin, axşam saat 22:00-dan səhər saat 06:00-a qədər də sosial şəbəkəyə giriş uşaqlar üçün bloklanacaq.

Müəllif: Elmir Murad

Bütün xəbərlər