Bitcoin sürətlə dəyər itirir - Səbəb

17:36 - 20.09.2021


20 sentyabr, Fineko/abc.az. "Bitcoin" həftənin ilk iş günündə sürətlə ucuzlaşmağa başlayıb.

ABC.AZ-ın məlumatına görə, 10% ucuzlaşan adıçəkilən elektron pul hazırda 43 min dollardan aşağı satılır.

Bu isə cari ilin aprelində "Bitcoin"in çatdığı tarixi rekorddan - 65 min dollardan xeyli azdır.

Ekspertlər bunu səhm bazarındakı vəziyyətlə əlaqələndirir.

Belə ki, səhm bazarında çaxnaşma kriptovalyuta sektoruna da sirayət edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər