Rusiyanın özəl şirkəti orbitə kosmik gəmilər buraxacaq

10:35 - 21.09.2021


21 sentyabr, Fineko/abc.az. Rusiyanın özəl "Sputniks" şirkəti gələn ilin birinci rübündə "Space-Pi" proqramı çərçivəsində orbitə kiçik kosmik gəmilər buraxmağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, "Space-Pi" layihəsi çərçivəsində kosmik gəmilərin buraxılış 2022-ci ilin birinci rübündə planlaşdırılır.

Qeyd edək ki, "Space-Pi" proqramı, Rusiya rəqəmsal platformasında kiçik kosmik gəmilərin inkişafı və istehsalı üçün elmi və təhsil layihəsidir.

 

Bütün xəbərlər