Neft bahalaşır, Brent bir barelə $74,82 təşkil edir

10:44 - 21.09.2021


21 sentyabr, Fineko/abc.az. Etalon markaların qiymətləri çərşənbə axşamı ticarətdə yüksəlir.

Saat 10:35-də London ICE Futures birjasında baş tutmuş ticarət gedişatında Brent neftinin noyabr fyuçersi $0,90 (1,22%) bahalaşaraq bir barelə $74,82 təşkil edib. Sentyabrın 20 - də keçirilən ticarətin nəticələrinə görə, noyabr ayı üçün Brent neftinin fyuçers qiyməti $1,42 (1,89%) enərək bir barelə $73,92.

Saat 10:35-də Nyu-York əmtəə birjasında (NYMEX) baş tutmuş ticarətdə WTI-nin oktyabr fyuçersi $0,89 (1,27%) artaraq bir barelə $71,18 təşkil edib. Sentyabrın 20 - də keçirilən hərracların nəticələrinə görə, WTI-nin oktyabr fyuçers qiyməti bir barel üçün $1,68 (2,33%) düşərək bir barelə $70,29 təşkil edib.

 

Bütün xəbərlər