Murovdağ tuneli ilə bağlı Agentlikdən açıqlama - İşlər davam edir

10:57 - 21.09.2021


21 sentyabr, Fineko/abc.az. Bəzi xəbər saytlarında və sosial şəbəkə hesablarında Murovdağ tunelinin 500 metrlik hissəsinin tikintisinin yekunlaşdırılması ilə bağlı dəqiqləşdirilməmiş xəbər paylaşılıb.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib.

"Tunelin inşasına yeni başlanılıb və qısa müddət ərzində bu tunelin 500 metrlik bir hissəsinin tikintisinin yekunlaşdırılması qeyri-mümkündür. Düzdür, biz də agentlik olaraq istəyərdik ki, yazılan kimi qısa müddətdə bu cür miqyasda iş icra olunsun. Amma reallıqda bu mümkün deyil. Hazırda təyin olunmuş vaxtda tikintinin tamamlanması üçün qazma, partlatma və qırıcı üsullarla dəniz səviyyəsindən 1700 metr hündürlükdə Murovdağ tunelinin inşası istiqamətində genişmiqyaslı işlər icra olunur", - deyə o, qeyd edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər