Odessadan Gəncəyə uçuşlar başlayır - Qiymət açıqlandı

11:05 - 21.09.2021


21 sentyabr, Fineko/abc.az. Noyabrın 1-dən Ukraynanın "Bees Airline" aşağı büdcəli (loukoster) aviaşirkəti "Odessa" beynəlxalq hava limanından Gəncəyə uçuşlara başlayacaq.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda qeyd olunub.

Uçuşlar həftədə bir dəfə – bazar ertəsi həyata keçiriləcək. Bir istiqamətə biletin minimal qiyməti 2 600 qrivna (165 manat) təşkil edir.

Həmçinin, aviaşirkət Çexiyanın paytaxtı Praqa və Gürcüstanın paytaxtı Tbilisiyə uçuşlar həyata keçirəcək.

Oktyabrın 21-dən etibarən Praqaya uçmaq mümkün olacaq. Uçuşlar cümə axşamı və bazar günlərinə planlaşdırılır. Biletin qiymətləri 2 200 qrivnadan (140 manat) başlayır.

Tbilisiyə uçuşlara oktyabrın 22-dən start veriləcək. Təyyarələr cümə günləri Gürcüstanın paytaxtına uçacaq.

Bu istiqamətdə biletlərin qiyməti 1 700 qrivna (108 manat) təşkil edir.

 

Bütün xəbərlər