AMB valyuta hərracında banklara $52,2 mln. satıb

12:38 - 21.09.2021


21 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, sentyabrın 21-də keçirilən  valyuta hərracında banklara $52,2 mln satılıb ki, bu da ötən hərracla müqayisədə $12,4 mln və ya 19,2% azdır.

"Valyuta hərracında banklar tərəfindən tələb $52,2 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Bütün xəbərlər