Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı 3 ölkənin rəsmiləri müzakirə apardı

15:10 - 21.09.2021


21 sentyabr, Fineko/abc.az. Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tam gücü ilə işləməsi üçün birgə tədbirlər görülür.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidən ABC.AZ-a daxil olmuş məlumata görə, bu mövzu nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Rəhman Hümmətovun Gürcüstana və Türkiyəyə səfəri zamanı müzakirə edilib.

Səfər Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi çərçivəsində Gürcüstan və Türkiyə ərazisində tamamlanmaqda olan tikinti-quraşdırma işlərinin gedişatı ilə yerində tanışlıq məqsədi daşıyıb.

Gürcüstanın İqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Quram Quramişvili və Türkiyə Dövlət Dəmir Yollarının rəhbər şəxsləri ilə keçirilmiş görüşlərdə Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə yükdaşımaların təşkili, Axalkalaki və Qarsda terminalların tikintisinin gedişatı, mövcud çətinliklərin həlli yolları, həmçinin ölkələrin tranzit potensialından daha səmərəli istifadə olunması və daşınan yüklərin həcminin artırılması məsələləri müzakirə edilib.

 

Bütün xəbərlər