Fond "Royalbank" kreditorlarına çağırış etdi - Ödənişlərlə bağlı

15:48 - 21.09.2021


21 sentyabr, Fineko/abc.az. Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Royalbank" ASC-nin kreditorlarının diqqətinə çatdırır ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 21 sentyabr 2021-ci il tarixdən etibarən başlayacaq.

Fonddan ABC.AZ-a daxil olmuş məlumata görə, tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək. Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini qeyd etsinlər.

 

Bütün xəbərlər