Qazaxıstan Azərbaycana aviauçuşların sayını artırır

16:21 - 21.09.2021


21 sentyabr, Fineko/abc.az. Koronavirus pandemiyası səbəbindən tətbiq edilmiş karantin tədbirlərinin yumşaldılması fonunda Qazaxıstan hökuməti 16 ölkə ilə, o cümlədən Azərbaycanla hava əlaqəsini bərpa etmək və reyslərin sayını artırmaq haqqında qərar qəbul edib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, müvafiq siyahıya Azərbaycandan başqa, BƏƏ, Rusiya, Özbəkistan, Almaniya, Maldiv adaları, Koreya Respublikası, Polşa, Macarıstan, İtaliya, Çex Respublikası, Şri-Lanka, Çin, Səudiyyə Ərəbistanı və Küveyt də düşüb.

Bundan əlavə, Qazaxıstan rəhbərliyi qənaətbəxş epidemioloji vəziyyətə və yüksək peyvəndləmə səviyyəsinə malik 30 ölkədən gələn şəxslər üçün vizasız rejimi bərpa edib.

 

Bütün xəbərlər