Uber proqnoz açıqladı - Bu il 100 milyon dollar mənfəəti olacaq

16:51 - 21.09.2021


21 sentyabr, Fineko/abc.az. Aylıq aktiv istifadəçi sayı 93 milyondan çox olan "Uber" şirkəti gəlir və mənfəət proqnozunu yeniləyib.

ABC.AZ-ın məlumatına görə, şirkətin yaydığı  sənəddə 2021-ci ilin 3-cü rübü üzrə "Uber"in 25 milyon dollara yaxın mənfəət gözlədiyini açıqlayıb.

Cari rüb üzrə "Uber" in toplam sifarişlərinin (həm taksi, həm kuryer xidməti üzrə) həcminin 23 milyard dollardan çox olması gözlənilir. Şirkət həmçinin, bu ilin sonuncu rübündə 100 milyon dollara yaxın mənfəət gözləyir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər