"Azərpoçt"da yeni təyinat - Qurumda daha bir şöbə yaradılıb

10:22 - 22.09.2021


22 sentyabr, Fineko/abc.az. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərmarka" MMC-nin “Azərpoçt” MMC-yə birləşdirilməsi ilə əlaqədar 2-cinin tərkibində yeni Marka şöbəsi yaradılıb.

ABC.AZ xəbər verir ki, bu barədə "Azərpoçt"dan bildirilib.

Məlumata görə, yeni şöbəyə artıq müdir təyin olunub. Bu, Sitarə Sadıqovadır.

O, 2019-cu ildən "Azərmarka"da marketinq və satış şöbəsinin müdiri, daha sonra şirkətin direktor müavini işləyib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər