Belarus Azərbaycandan kartof idxal etməyə başlayıb

10:45 - 22.09.2021


22 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycan Belarusa kartof tədarük edən əsas ölkələr sırasına daxil olub.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, hesabat dövründə Ukrayna 15,5 min ton ixracla Belarusa ən çox kartof tədarük edən ölkə olub.

Belarusa il dəfə kartof tədarük edən əsas ölkələr sırasında həmçinin Rusiya, Azərbaycan, Şimali Makedoniya, Misir və Almaniya yer alıb.

Maraqlısı budur ki, Belarus ilk dəfədir kartof idxal edir.

Belə ki, ölkə kartof idxalçısı kimi deyil, əsas ixracatçı kimi tanınır. Belarusa kartof idxalının səbəbi ölkə daxilində bu məhsulun qiymətinin yüksək olmasıdır.

 

Bütün xəbərlər