Yaşı 65-dən yuxarı müəllimlər də tədrisə cəlb olunacaq

11:56 - 22.09.2021


22 sentyabr, Fineko/abc.az. Təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən yuxarı olan təhsil verənlər də cəlb olunacaq.

ABC.AZ xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda əksini tapıb.

Eyni zamanda texniki heyət üzrə yaşı 65-dən yuxarı olan işçilər də işə cəlb olunacaq.

Qeyd edək ki, bundan əvvəl təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən aşağı olan təhsil verənlər cəlb olunmalı idi.

 

Bütün xəbərlər