Bank sektorunun kredit qoyuluşları artıb, əmanətlər isə azalıb

12:16 - 22.09.2021


22 sentyabr, Fineko/abc.az. 2021-ci ilin iyul ayının sonu ilə müqayisədə avqustda Azərbaycanın bank sektorunun kredit qoyuluşları 240,3 milyon manat artıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, Azərbaycanın bank sektorunun kredit qoyuluşları 01.09.2021-ci il tarixində 15 milyard 206,8 milyon manata çatıb.

Avqustda əhalinin əmanətləri isə 46,8 milyon manat azalaraq 8 milyard 559.1 milyon manata geriləyib. 

 

Bütün xəbərlər