Ötən ay ən çox artan bank kartları - Siyahı

14:27 - 22.09.2021


22 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycandakı bank kartlarının sayı artıb.

ABC.AZ-ın məlumatına görə, ödəniş kartlarında artım debet kartları üzrə 16%, kredit kartları üzrə 25.2% təşkil edib.

Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 165 min, kredit kartları 257 min, digər kartlar isə 1.1 milyon ədəd artıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin 8 ayı ilə müqayisədə 62.3% artıb.

2021-ci ilin 8 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 6 milyard 94 milyon manat təşkil etmişdir.

Həyata keçirilən nağdsız ödənişlərin 3 milyard 278 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 2 milyard 439 milyon  manatı POS-terminallar, 377 milyon manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib.

Avqust ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 31.5%-ni təşkil edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər