330x110
 

Bankların cəmi öhdəlikləri də, depozitləri də azalıb

22.09.2021,15:30


22 sentyabr, Fineko/abc.az. Avqustda bankların cəmi öhdəlikləri 286,7 milyon manat azalıb.

ABC.AZ-ın məlumatına görə, bu Mərkəzi Bankın avqust ayındakı bank sektoru ilə bağlı göstəricilərində öz əksini tapıb.

Bankların cəmi öhdəlikləri 31 avqust 2021-ci il tarixində 28 milyard 613 milyon manat təşkil edib.

O cümlədən avqustda cəmi depozitlər 99.6 milyon manat azalaraq 22 milyard 749,7 milyon manata düşüb.

İyul ayı ilə müqayisədə avqustda bankların cəmi kapitalı 45,3 milyon manat artaraq 4 milyard 813,7 milyon manata yüksəlib.

2020-ci ilin sonu ilə müqayisədə (8 ayda) bankların cəmi kapitalı 114,5 milyon manat artıb.

Müəllif: Elmir Murad