Neft bahalaşır, Brent bir barelə $76,38 təşkil edir

10:11 - 23.09.2021


23 sentyabr, Fineko/abc.az. Etalon markaların qiymətləri ABŞ-da ehtiyatların azalması barədə məlumatlar dərc edildikdən sonra cümə axşamı ticarətində yüksəlir.

ABŞ Energetika Nazirliyinin həftəlik hesabatına əsasən, ötən həftə ölkədə kommersiya neft ehtiyatları 3,48 mln. barrel azalaraq 413,96 mln. barel təşkil edib. Benzinin əmtəə ehtiyatları 3,47 milyon barel artıb və 221,62 milyon barel təşkil edib. Distillatların kommersiya ehtiyatları 2,55 milyon barel, 129,34 milyon barelə qədər azalmışdır.

Saat 09:15-də London ICE Futures birjasında baş tutmuş ticarət gedişatında Brent neftinin noyabr fyuçersi $0,19 (0,25%) bahalaşaraq bir barelə $76,38 təşkil edib. Sentyabrın 22 - də keçirilən ticarətin nəticələrinə görə, noyabr ayı üçün Brent neftinin fyuçers qiyməti $1,83 (2,46%) artaraq bir barelə $76,19 təşkil edib.

Saat 9:15-də Nyu-York əmtəə birjasında (NYMEX) baş tutmuş ticarətdə WTI-nin noyabr fyuçersi  $0,17 (0,24%) artaraq bir barelə $72,40 təşkil edib. Sentyabrın 22 - də keçirilən hərracların nəticələrinə görə, WTI-nin noyabr fyuçers qiyməti $1,74 (2,47%) yüksələrək bir barelə $72,23 təşkil edib.

ABŞ - ın Neft İnstitutu (APİ) bir müddət əvvəl bildirib ki, ötən həftə ABŞ - da neft ehtiyatları 6,1 milyon barel, benzin 432 min barel, distillat isə 2,7 milyon barel azalıb.

API NEZ operatorlarından, neft anbarlarından və boru kəmərlərindən məlumat alır.

 

Bütün xəbərlər