Son 15 ay ərzində 1 milyard manat dəyərində kredit müraciətləri olub – Nazir

12:36 - 23.09.2021


23 sentyabr, Fineko/abc.az. Son 15 ay ərzində 5 mindən çox kiçik və orta biznes (KOB) tərəfindən 1 milyard manat dəyərində kredit müraciətləri daxil olub.

ABC.AZ-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021" adlı müstəqil hesabatın təqdimatında çıxış edərkən deyib.

O qeyd edib ki, kommersiya banklarının əsasında onların bir çoxuna 123 mln. manatlıq kreditlər verilib.

"Hazırda bizneslər dövlət siyasətinə, konkret olaraq bu dəstək mexanizmlərinə reaksiya verib və çox müsbət tərzdə cavab alıb. Biz illik 3,4% ÜDM artımını proeksiya etmişik. Bizim beynəlxalq partnyorlar bizimlə razılaşmırdı. Deyirdilər, 1,7% olacaq. Biz indi proeksiya edirik ki, bu göstərici 4%-dək olacaq. Onlar hələ də fərqli düşünürlər", - deyə M. Cabbarov qeyd edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər