Rusiya III ölkə “İcazə” blanklarının bölgüsünü aparıb

14:37 - 23.09.2021


23 sentyabr, Fineko/abc.az. 20 sentyabr 2021-ci il tarixində “Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası” – nın (ABADA) nəzdində Xüsusi Komissiya 2021-ci ilin sentyabr ayı üçün Rusiya III ölkə (defisit blank kateqoriyası) “İcazə” blanklarının bölgüsünü aparıb.

ABC.AZ xəbər verir ki, komissiyanın işində Komissiya üzvlərinin tam tərkibi ilə yanaşı, ictimai iştirakçılığın təmin edilməsi  məqsədilə “Okeantrans” MMC-nin, “R Trans” MMC-nin, “Pərviz İKF”-in, “Az-Forvard” MMC-nin və “Qarabağ Transport” MMC-nin rəhbərləri və nümayəndələri də iştirak edib.

Nəticədə 33 daşıyıcıya Rusiya III ölkə məhdudiyyətsiz “İcazə” blankı, 31 daşıyıcıya isə Rusiyaya İran üzərindən daşımaları təmin etmək  üçün III ölkə “İcazə” blankı bölünüb.

Qəbul edilən Reqlamentə əsasən “İcazə” blanklarının bölgüsü ilə bağlı şərtlər daşıyıcılara ətraflı izah edilib.

 

Bütün xəbərlər