Prezident Suraxanıda avtomobil yollarının yenidən qurulmasına 6 mln manat ayırdı

14:57 - 23.09.2021


23 sentyabr, Fineko/abc.az. Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Prezident İlham Əliyev  Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncama əsasən Suraxanı rayonunun Qaraçuxur və Hövsan qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 6 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrıldı.

 

Bütün xəbərlər