330x110
 

Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı - Məzənnə dəyişdi

23.09.2021,15:33


23 sentyabr, Fineko/abc.az. Bildiyiniz kimi Türkiyə Cümhuriyyəti Mərkəz Bankı bu gün faiz qərarını açıqlayaraq, pul siyasəti faizini 1,00 bənd azaltdığını bəyan edib.

ABC.AZ-ın məlumatına görə, bundan sonra dollar türk lirəsi qarşısında ilk əməliyyatlarda 8.8017 səviyyəsini görərək bütün zamanların ən yüksək səviyyəsinə çatıb.

Müqayisə üçün qeyd edək ki, daha əvvəl görülən ən yüksək səviyyə 8,8008 idi.

Türkiyə Cümhuriyyəti Mərkəz Bankı pul siyasət faizini 1,00 faiz bəndi endirərək 19%-dən 18%-ə salıb. Qeyd edək ki, bazarın gözləntisi faizin 19%-də sabit saxlanacağı  istiqamətində idi.

Müəllif: Elmir Murad