KOBİA-ya aid şirkətin nizamnamə kapitalı artırılıb

16:42 - 23.09.2021


23 sentyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus "Birgə İnvest" MMC-nin nizamnamə kapitalı 0,4 milyon manat və yaxud 16% artırılıb.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, şirkətin kapitalı 2,5 milyon manatdan 2,9 milyon manata çatdırılıb.

Xatırladaq ki, "Birgə İnvest" 2019-cu ilin noyabr ayında "Biznesin İnkişafında Rahat Güvənli Əməkdaşlıq" adı ilə yaradılıb, bu ilin aprel ayında rebrendinq edib. Kommersiya qurumu KOBİA-nın dəstəyi ilə reallaşdırılan “Çiçəklənən Abşeron” layihəsinin koordinatorlarından biridir.

 

Bütün xəbərlər