Azərbaycanda 1178 yeni yoluxma halı aşkarlanıb

17:02 - 23.09.2021


23 sentyabr, Fineko/abc.az. Bir sutka ərzində Azərbaycanda 1178 yeni koronavirus yoluxması halı qeydə alınıb, 2322 nəfər müalicə olunub, 24 nəfər isə dünyasını dəyişib.

Nazirlər Kabineti yanında operativ qərargahın məlumatında deyilir ki, bu günə qədər Azərbaycanda koronavirus infeksiyasına yoluxma halları 477587 təşkil edib, onlardan 444053 nəfər müalicə olunub, 6394 nəfər vəfat edib. Aktiv xəstələrin sayı 27140-dır.

Sutka ərzində koronavirus infeksiyasının aşkar edilməsi üçün 12331 test, ötən müddət ərzində 4790724 test keçirilib.

 

Bütün xəbərlər