330x110
 

Sığorta ödənişlərinin 80 faizindən çoxu 5 şirkətin payına düşür - Siyahı

24.09.2021,10:15


24 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyata keçirilmiş 339,866 milyon manat sığorta ödənişinin 299,213 milyon manatı və yaxud 88%-i 5 sığorta şirkətinin payına düşüb.

ABC.AZ-ın Renkinq-ə istinadən məlumatına görə,  həmin şirkətlər "PAŞA Həyat Sığorta" (169,286 milyon manat) və “PAŞA Sığorta” (49,493 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 44,588 milyon manat), eləcə də "Atəşgah Həyat Sığorta" (21,861 milyon manat) və “Xalq Sığorta” (13,985 milyon manat)  ASC-lərdir.

8 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (0 manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (29 min manat), “Xalq Həyat Sığorta” (88 min manat), “Naxçıvan Sığorta” (233 min manat) və “Bakı Sığorta” (579 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 929 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,3%-i deməkdir. Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 39,724 milyon manat (11,7%) təşkil edib.