330x110
 

Prezident Ermənistanın müharibədən əvvəlki addımlarından danışdı

24.09.2021,10:20


24 sentyabr, Fineko/abc.az. Bildiyiniz kimi BMT Baş Assambleyasının 76-cı sessiyası keçirilib.

ABC.AZ-ın məlumatına görə, Prezident İlham Əliyev tədbirə onlayn qatılaraq bir sıra məsələlərə toxunub.

Dövlət başçısı qeyd edib ki, münaqişənin son iki ili ərzində Ermənistan qəsdən danışıqlar prosesini məhv etdi.

"Ermənistan hökuməti “Qarabağ Ermənistandır və nöqtə” və “bir qarış belə işğal olunmuş torpaq qaytarılmayacaq” kimi bir sıra təxribatçı bəyanat və hərəkətlərə yol verdi.

Ermənistanın ovaxtkı müdafiə naziri açıq şəkildə Azərbaycanı yeni təcavüz və yeni işğal ilə hədələdi. Ermənistan qəbuledilməz və əsassız “yeddi şərt” irəli sürərək, danışıqlar formatının dəyişdirilməsi, danışıqlara sıfırdan başlanılması və Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə yaradılmış qondarma rejimin danışıqlar prosesinə cəlb edilməsini tələb etdi. Danışıqların formatının və mahiyyətinin dəyişdirilməsi cəhdi Ermənistanın məsuliyyətsiz və təhlükəli hərəkətləri səbəbindən fəaliyyəti iflic olmuş ATƏT-in Minsk qrupunun həmsədrləri üçün xoşagəlməz sürpriz oldu" - deyə Prezident qeyd edib.