330x110
 

Prezident birinci Qarabağ müharibəsindəki itkiləri açıqlayıb

24.09.2021,11:01


24 sentyabr, Fineko/abc.az. Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşüb.

ABC.AZ xəbər verir ki, bunu BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı Prezident İlham Əliyev deyib.

Prezident bildirib ki, Ermənistan onların taleyi ilə bağlı bizə məlumat verməlidir.

“Bizdə olan etibarlı məlumatlara əsasən, onların demək olar ki, hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistan ordusu tərəfindən kütləvi məzarlarda basdırılıb. Ermənistan hərbi cinayətkarları tərəfindən qətlə yetirilmiş 12 mülki şəxsin qalıqları 2021-ci ilin aprel ayında işğaldan azad olunmuş Kəlbəcər rayonunun Başlıbel kəndində kütləvi məzarda tapılıb. Beynəlxalq hüquq və BMT Nizamnaməsinə əsasən, Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalıdır" deyə İ.Əliyev qeyd edib.