Ermənistan tam iflasa uğramış dövlətə çevrilib – Prezident

11:18 - 24.09.2021


24 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı Ermənistanın həm birinci, həm də ikinci Qarabağ münaqişəsi zamanı təcavüzündən danışıb.

Dövlət başçısı qeyd edib ki, Ermənistanda çevriliş nəticəsində hakimiyyətə gəlmiş və 1998-2018-ci illərdə hakimiyyətdə olmuş səhra komandirləri Azərbaycan ərazilərinin 30 ilə qədər davam edən işğalı ərzində məkrli arzularına və məqsədlərinə çatmaqda uğursuzluğa düçar oldular: "Əksinə, 2017-ci ildə BMT Baş Assambleyasındakı çıxışımda qeyd etdiyim kimi, Ermənistan tam iflasa uğramış dövlətə çevrilib. Ermənistan o dərəcədə zəifləyib ki, heç özü sərhədlərini belə qorumaq iqtidarında deyil”.

 

Bütün xəbərlər