8 ayda ən çox sığorta haqları toplayan şirkətlər- Siyahı

11:55 - 24.09.2021


24 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda toplanılmış 580,597 milyon manat sığorta haqqının 448,67 milyon manatı və yaxud 77,3%-i 5 sığorta şirkətinin payına düşüb.

ABC.AZ  renkinq.az-a istinadla xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (212,689 milyon manat), "PAŞA Sığorta" (127,406 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 49,442 milyon manat), eləcə də “Atəşgah Həyat Sığorta” (31,272 milyon manat) və “Qala Sığorta” (27,861 milyon manat) ASC-lərdir.

8 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə bazara yeni daxil olmuş “Meqa Həyat Sığorta” (306 min manat), eləcə də "Naxçıvan Sığorta" (1,563 milyon manat), “Bakı Sığorta” (3,455 milyon manat), “Xalq Həyat Sığorta” (3,554 milyon manat) və “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (3,612 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 12,49 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 2,1%-i deməkdir.

Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 119,437 milyon manat (20,6%) təşkil edib.

 

Bütün xəbərlər