Ölkə üzrə elektrik enerjisinin idxalı və ixarcı artıb

16:55 - 24.09.2021


24 sentyabr, Fineko/abc.az. Yanvar-avqust aylarında ölkə üzrə elektrik enerjisinin ixracı 971,9 milyon kilovat/saat təşkil edib.

Bu barədə ABC.AZ Energetika Nazirliyinin məlumatına istinadla xəbər verir.

Qeyd edilir ki, ötən ilin müvafiq dövrünə nisbətən ixrac 142,2 milyon kilovat/saat artıb. İrana 238,9 milyon kilovat/saat, Türkiyəyə 164,1 milyon kilovat/saat, Rusiyaya 63,7 milyon kilovat/saat, Gürcüstana isə 505,2 milyon kilovat/saat elektrik enerjisi ixrac olunub.

Səkkiz ay ərzində elektrik enerjisinin idxalı 110,6 milyon kilovat/saat olmaqla, ötən ilin eyni dövrünə nisbətən 15,9 milyon kilovat/saat artıb. İrandan 22,4 milyon kilovat/saat, Rusiyadan 63,5 milyon kilovat/saat, Gürcüstandan isə 24,7 milyon kilovat/saat elektrik enerjisi idxal edilib.

 

Bütün xəbərlər