Ölkədə avtomobil sığortası üzrə yığımlar azalıb

17:29 - 24.09.2021


24 sentyabr, Fineko/abc.az. Ölkənin sığorta şirkətləri tərəfindən avtonəqliyyat  vasitələrinin icbari sığortası üzrə 25 milyon 572 min manat sığorta haqqı hesablanıb.

Mərkəzi Bankın hesabatına istinadən xəbər verilir ki, avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə hesablanmış sığorta haqları ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 0.2% azalıb.

2021-ci ilin yanvar-avqust dövründə avtonəqliyyat  vasitələrinin icbari sığortası üzrə sığorta ödənişləri isə 18% artıb. Belə ki, bu dövrdə 9 milyon 817 min manat sığorta ödənişi edilib.

 

Bütün xəbərlər