Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin bu gün təməli qoyulacaq

10:35 - 27.09.2021


27 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi hazırda Prezident İlham Əliyev xalqa müraciət edir.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı Vətən müharibəsindəki ordumuzun fədəkarlığından danışıb.

Prezident qeyd edib ki, düz 1 il bundan əvvəl Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək döyüş bölgələrimizi və yaşayış məntəqələrimizi atəşə tutub.

Dövlət başçısı bildirib ki, bu hücum nəticəsində mülki şəxslər ilk saatlarda həlak olub:

“Mənim əmrimlə Azərbaycan ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb. 44 gün davam edən müharibədə tam qələbə qazanıb. Bu gün Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməli qoyulacaq. Şəhərimizin ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə möhtəşəm abidə ucaldılacaq”.

Bütün xəbərlər