Süd qəbulu müəssisəsi bağlandı

11:20 - 27.09.2021


27 sentyabr, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Beyləqan rayonu, Dünyamalılar kəndində fəaliyyət göstərən, fiziki şəxs Qaryağdı Təhməzova məxsus süd qəbulu məntəqəsinə baxış keçirib.

AQTA-dan ABC.AZ-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydaların kobud şəkildə pozulması faktı aşkar edilib.

Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb və süd qəbulu məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb.

 

Bütün xəbərlər