Dəmir filizi sürətlə bahalaşır

11:45 - 27.09.2021


27 sentyabr, Fineko/abc.az. Dəmir filizinin tonunun qiymətləri 120 dollar səviyyəsini keçib.

ABC.AZ-ın məlumatına görə, ekspertlər bunun bəzi polad istehsalçılarının anbarlarını artırmağa başlamaları ilə əlaqədar olaraq yarandığını qeyd edib.

Belə ki, artıq dəmir filizi Sinqapur bazarında  9%-dən çox bahalaşıb. İstehsal müəssisələri Çindəki tətildən əvvəl anbarlarını da artırırlar.

Bununla bərabər, Çində "Evergrande"in ola biləcək batışına hazırlıq da qeyri-müəyyənliyi artırır.

Müəllif: Elmir Mura

 

Bütün xəbərlər