Gürcüstanda bir gündə koronadan 27 nəfər öldü

12:09 - 27.09.2021


27 sentyabr, Fineko/abc.az. Son 24 saat ərzində Gürcüstanda 663 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, mövcud virusdan müalicə alan pasiyentlərdən isə 2 383 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 607 155 nəfərə çatıb.

Onlardan 578 881 nəfəri isə tam olaraq sağalıb.

Bu gün virusdan 27 nəfərin ölməsi ilə bərabər ümumilikdə 8 844 nəfər həyatını itirib.

 

Bütün xəbərlər