Azərsu kollektivi Vətən müharibəsi şəhidlərinin xatirəsini yad ediblər

14:28 - 27.09.2021


27 sentyabr, Fineko/abc.az.  27 sentyabr - Anım Günü ilə əlaqədar  saat 12:00-da ölkə ərazisində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ABC.AZ xəbər verir ki, “Azərsu” ASC- nin Mərkəzi İdarə Aparatı və yerli Sukanal İdarələrinin kollektivləri, eləcə də ərazilərdə xidmət aparan qəza briqadalarının əməkdaşları şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.

 Şəhidlərimizin xatirəsi  “Azərsu” ASC-nin Şuşa şəhəri, Cəbrayıl, Kəlbəcər rayonları  və Hadrut qəsəbəsində xidmət göstərən əməkdaşları tərəfindən də anılıb.

 


Bütün xəbərlər