330x110
 

Prezident İranın sərhəddəki təlimlərindən danışdı

27.09.2021,14:43


27 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Anadolu Agentliyinə müsahibə verib.

ABC.AZ-ın məlumatına görə, dövlət  başçısı müsahibə zamanı İranla sərhəddəki vəziyyətə də toxunub.

Prezident qeyd edib ki, sərhədimizin yaxınlığında İran tərəfindən keçirilən hərbi təlim çox təəccüblü hadisədir.

"Çünki 30 illik müstəqillik dövründə belə hadisələr baş verməmişdi. İlk növbədə deməliyəm ki, hər bir ölkə öz ərazisində istədiyi hərbi təlimi keçirə bilər. Bu, onun suveren haqqıdır. Buna heç kim bir söz deyə bilməz. Lakin bunu bir zaman kəsimində təhlil etdikdə, bunun heç vaxt baş vermədiyini görürük. Niyə indi və niyə bizim sərhədimizdə? Bu sualları mən deyil, Azərbaycan cəmiyyəti soruşur. Bu sualı dünyadakı azərbaycanlılar verir.

Bir sual daha verilir ki, niyə işğal dövründə o bölgədə təlim keçirilmirdi?" deyə Prezident qeyd edib.