Bakıda koronavirus ən çox hansı ərazilərdə yayılıb?

15:11 - 27.09.2021


27 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycanda koronavirusun ən çox yayıldığı Bakı şəhəridir.

ABC.AZ xəbər verir ki, Bakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazi isə yenə də Binəqədi rayonundadır.

Bakıda aşkarlanan yoluxma faktlarının 14,6%-i bu rayonun payına düşür. Sonrakı yerlərdə 13,6%-lə Xətai, 11,8%-lə Yasamal və Sabunçu, 8,4%-lə Suraxanı, 7,8%-lə Nərimanov, 7,6%-lə Nəsimi, 7,5%-lə Xəzər, 7,1%-lə Nizami, 4,9%-lə Səbail, 4,4%-lə Qaradağ, 0,5 %-lə isə Pirallahı qərarlaşıb.

 

Bütün xəbərlər