Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətini müsbət qiymətləndirə bilərəm - Prezident

15:26 - 27.09.2021


27 sentyabr, Fineko/abc.az. “Təbii ki, bu hallarla bağlı Rusiyaya şikayətlərimizi bildiririk. Haqlı şikayətlərimizi bildiririk. Lakin o təxribat qrupunun oraya girməsi rus sülhməramlılar orada yerləşməzdən öncə olub. Çünki noyabrın 10-da müharibə başa çatdı. Bundan sonra təxminən 2 min əsgərdən ibarət rus sülhməramlılarının orada məskunlaşması üçün zaman lazım gəlirdi. Orada çoxlu boşluqlar var idi. Burada ədalətli olmaq məcburiyyətindəyik. Onlar hələ o əraziyə tam nəzarət etməmişdilər. Ermənilər bundan istifadə edərək azad edilmiş torpaqlarımıza soxuldular”.

ABC.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Anadlou Agentliyinə müsahibəsində jurnalistin “Laçın dəhlizinə nəzarəti həmin bölgədə xidmət edən müvəqqəti rus əsgərləri təmin edir. Təxribat qruplarının fəaliyyəti ilə bağlı şikayətlərinizi Moskvaya çatdıranda nə cür cavab alırsınız və sizə verilən cavablar bölgəyə təsir edirmi?” sualına cavabında bildirib.

Dövlət başçısı daha sonra bunları qeyd edib: “Amma ümumilikdə, Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətini müsbət qiymətləndirə bilərəm. Təbii ki, bizi qane etməyən məsələlər var, şikayətlərimiz də var. İlk növbədə, xarici vətəndaşların bizim torpaqlarımıza qanunsuz səfərləri ilə bağlıdır. Biz dəfələrlə bu məsələni qaldırmışıq. Çünki Qarabağ bizim torpağımızdır".

 

Bütün xəbərlər