Neft bahalaşmaqda davam edir, Brent bir barelə $80-i ötdü

10:22 - 28.09.2021


28 sentyabr, Fineko/abc.az. Etalon markaların qiymətləri çərşənbə axşamı ticarətində artmağa davam edir, Brent markalı neft, 2018-ci ilin  oktyabr ayında bəri ilk dəfə olaraq bir barelə $80-i aşdı.

Saat 10:08-də London ICE Futures birjasında baş tutmuş ticarət gedişatında Brent neftinin noyabr fyuçersi $0,92 (1,16%) bahalaşaraq bir barelə $80,45 təşkil edib. Sentyabrın 27-də keçirilən ticarətin nəticələrinə görə, noyabr ayı üçün Brent neftinin fyuçers qiyməti $1,44 (1,84%) kəskin artaraq bir barelə $79,53 təşkil edib.

Saat 10:08-də Nyu-York əmtəə birjasında (NYMEX) baş tutmuş ticarətdə WTI-nin noyabr fyuçersi $0,92 (1,22%) artaraq bir barelə $76,37 təşkil edib. Sentyabrın 27-də keçirilən hərracların nəticələrinə görə, WTI-nin noyabr fyuçers qiyməti $1,47 (1,99%) kəskin artaraq bir barelə $75,45  təşkil edib.

Hər iki neft markası bazar ertəsi günü ticarətdə 2018-ci ilin oktyabr ayından etibarən ən yüksək qiymətlə  başa çatdırdı.