Çin iqtisadiyyatı çökür?

10:27 - 28.09.2021


28 sentyabr, Fineko/abc.az. Kömür və qaz qiymətlərinin kəskin artması ilə əlaqədar olaraq Çində enerji böhranı yaranıb.

ABC.AZ xəbər verir ki, Çinin 20 əyalətində həm sənaye müəssisələrinə, həm də yaşayış binalarına elektrik enerjisi məhdudiyyətlərlə verilir.

Məhz bu səbəbdən 143 müəssisə fəaliyyətini tamamilə dayandırıb.

Çində Ümumi Daxili Məhsul istehsalının 10%-ni təmin edən Guangdong əyalətində enerji istehlakı məhdudlaşdırılıb. Ofis binalarında ikinci və üçüncü mərtəbələrin bağlanması əmri verilib və bir sıra sənaye müəssisələri gecə rejiminə keçirilib.

 

Bütün xəbərlər