Azad olunmuş ərazilərdəki elektriklə bağlı məsələlər ilin sonuna qədər bitəcək- Prezident

14:12 - 28.09.2021


28 sentyabr, Fineko/abc.az. Bildiyiniz kimi sentyabrın 27-də Prezident İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibə verib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı Vətən müharibəsindən danışıb.

O qeyd edib ki, müharibə bitər-bitməz vaxt itirmədən dərhal hərəkətə keçdik və bu, dövlətimizin gücünü göstərdi.

"Çünki bu işləri görmək üçün təkcə pul kifayət etməz. Çünki resurs olmalıdır, kadrlar olmalıdır, heyətlər olmalıdır, texniki imkanlar olmalıdır, səriştə olmalıdır. Biz bütün gücləri səfərbər etdik. Bu və digər məsələləri, məsələn, elektriklə bağlı olan məsələləri bu ilin sonuna qədər bitirəcəyik. Yəni, bütün bölgə elektriklə tam təmin ediləcək. Bildiyiniz kimi, yolların inşası da davam edir və sair", - deyə dövlət başçısı qeyd edib.

 

Bütün xəbərlər