330x110
 

Hər halda biz müharibəyə başlamayacağıq - İlham Əliyev

28.09.2021,14:42


28 sentyabr, Fineko/abc.az. Biz strateji nöqteyi–nəzərdən gələcəyə barış prizmasından yanaşırıq. Çünki mən istəyirəm ki, bir daha müharibə olmasın. Hər halda biz müharibəyə başlamayacağıq, əgər Ermənistan tərəfdə revanşist meyillər baş qaldırmasa. Əgər görsək ki, Ermənistanda bizə qarşı hər hansı bir təhdid yaranır, biz o təhdidi məhv etməliyik.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, bu, bizim legitim hüququmuzdur: “Ancaq bu təhdid olmasa, bizim başqa fikrimiz yoxdur. Qarabağda 25 min erməni yaşayır, onlar da bu işlərdə iştirak edə bilərlər - həm inşaat işlərində, həm də bərpa işlərində. Eyni zamanda, gələcəkdə biz onların yaşadıqları yerlərdə, kəndlərdə onlar üçün şərait yaradarıq".