330x110
 

Bizim Qarabağ və Şərqi Zəngəzurla bağlı planlarımız göz önündədir - İlham Əliyev

28.09.2021,15:00


28 sentyabr, Fineko/abc.az. İndi baxın, bizim Qarabağ və Şərqi Zəngəzurla bağlı planlarımız göz önündədir.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, Ağdam şəhərinin baş planı təsdiq edildi.

"Yaxın gələcəkdə Cəbrayıl və Füzuli şəhərlərinin, bütövlükdə rayonların baş planları təsdiq ediləcək. Bu, bizim gücümüzü göstərir və biz ermənilərin indi Qarabağda yaşadıqları kəndlərdə də bunu edə bilərik”, - deyə Prezident bildirib.