Budapeşt-Bakı aviareysi bərpa olunur - Tarix açıqlandı

15:38 - 28.09.2021


28 sentyabr, Fineko/abc.az. Bir müddət əvvəl uçuşu məhdudlaşdıran Macarıstanın "WizzAir" aviaşirkəti yenidən Bakıya aviareyslər təşkil etməyi planlaşdırır.

ABC.AZ-ın məlumatına görə, şirkət bu ilin oktyabr ayının əvvəlindən etibarən Budapeşt-Bakı-Budapeşt aviareysi üzrə uçuşları bərpa edəcək.

İlk uçuşlar 3 oktyabr tarixində baş tutacaq. Belə ki, təyyarə Budapeştdən Bakıya oktyabrın 3-də, əks istiqamətdə isə oktyabrın 4-də yola düşəcək

 

Bütün xəbərlər