Azərbaycanda 885 yoluxma halı aşkarlanıb

16:44 - 28.09.2021


28 sentyabr, Fineko/abc.az. Bir sutka ərzində Azərbaycanda koronavirusa 885 yeni yoluxma halı aşkar edilib, 2114 nəfər müalicə olunub, 22 nəfər dünyasını dəyişib.

Nazirlər Kabineti yanında operativ qərargahının məlumatına görə, bu günə qədər Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə 482286 yoluxma hadisəsi aşkar edilib, onlardan 455082 nəfər müalicə olunub, 6498 nəfər dünyasını dəyişib, aktiv xəstələrin sayı 20706-dir.

Gün ərzində 9 525 test, indiyə qədər isə  4839 863 test keçirilib.

 

Bütün xəbərlər