Son sutkada bu qədər peyvəndlənmə həyata keçirilib

16:57 - 28.09.2021


28 sentyabr, Fineko/abc.az. Azərbaycanda son sutkada koronavirus əleyhinə 67 400 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 357, ikinci mərhələ üzrə 51 043 nəfərdir.

Vaksinasiyadan keçənlərin ümumi sayı 8 417 975, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 730 132, ikinci mərhələ üzrə isə 3 687 843 nəfər təşkil edir.

 

Bütün xəbərlər