330x110
 

Rosselxoznadzor Azərbaycanın daha 5 müəssisəsindən alma tədarük etməyə icazə verib

28.09.2021,17:07


28 sentyabr, Fineko/abc.az. 30 sentyabr 2021-ci ildən etibarən “Rosselxoznadzor” Azərbaycanın 5 müəssisəsindən Rusiyaya alma gətirilməsinə icazə verir.

“Rosselxoznadzor”un saytında verilən məlumata görə, icazə keçirilən fitosanitar monitorinqin təhlili əsasında, həmçinin Azərbaycanın Ərzaq Təhlükəsizliyi Agentliyinin zəmanəti əsasında verilib.

Almaları aşağıdakı şirkətlərə gətirməyə icazə verilir:

- "СTC HOLDİNQ" ASC (Binəqədi rayonu);

- "ЕА-FRUİTS" MMC (Quba rayonu);

- "AY AGRO" MMC (Xətai rayonu);

- Ərəbov Saleh Cəfər oğlu (Quba rayonu);

- Şaulova Lyudmila İsayevna (Quba rayonu).

"Beləliklə, hazırda 70 Azərbaycan müəssisəsi Rusiyaya alma tədarükünü həyata keçirə bilər", - deyə “Rosselxoznadzor” məlumatında bildirilir.