BNA vətəndaşlara çağırış etdi - Sabah yollarda tıxac gözlənilir

17:21 - 28.09.2021


28 sentyabr, Fineko/abc.az. 29 sentyabrda paytaxtın əksər yollarında sıxlığın olacağı gözlənilir.

ABC.AZ xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi vətəndaşlara müraciətində bildirib.

Müraciətdə qeyd olunub ki, tıxacların təhsil müssisələrinin bütün pillələri üzrə tədris ilinin başlanması və havanın yağışlı olması səbəbindən yaranacağı gözlənilir.

Qeyd olunub ki, yağışlı hava oktyabrın 1-ə qədər davam edəcək.

Sürücülərə təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park etməmələri barədə çağırış olunub.

 

Bütün xəbərlər